Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.
 
İki gün öncə “El Klasiko”da “Real”a məğlub olan və bununla da 39 oyunluq seriyası qırılan “Barselona” bu dəfə paytaxtın digər təmsilçisi “Atletiko”nu qəbul edib. Matçın gedişində hesabda geri düşən Luis Enrikenin yetirmələri hissəni minimal hesabla yenik başa vurub. Lakin ikinci yarıda toparlanan və özünə gələn katalonlar Luis Suaresin iki qolu ilə vəziyyəti öz xeyirlərinə dəyişə biliblər.
 
Turnirin əsas favoritlərindən olan “Bavariya” isə 1/4 finalın ən zəifi sayılan “Benfika”nı sınağa çəkib. Bu dueldə almanların şansı daha yüksək qiymətləndirilsə də, bu, hesabda əksini tapmayıb. Belə ki, ikinci dəqiqədə Arturo Vidalın qolu ilə hesabı açan almanlar sonradan bunun ardını gətirə bilməyiblər. Bütün cəhdlərə baxmayaraq, 90 dəqiqə ərxində başa qol olmayıb.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
 
5 aprel
 
“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qollar: Suares, 63, 75 - Fernando Torres, 26
Barselona. “Nou Kamp” stadionu
 
“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) - 1:0
Qol: Vidal, 2
Münhen. “Allianz Arena”
 

Google+ WhatsApp ok.ru