Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı məlum olub - VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı məlum olub - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib. Apasport.az saytının məlumatına görə, “Barselona” PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşıb.
 
“Barselona”nın PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra bu oyunda möcüzəni reallaşdıracağı inanılmaz olsa da, katalonlar bunu bacardılar. Oyuna qolla başlayan Luis Enrikenin yetirmələri 3:0-dan sonra PSJ-nin qoluna məyus olsalar da, sonradan özlərində güc tapa bildilər. Neymarın dublu və Robertonun qolu ilə fransızları 6:1 hesabı ilə darmadağın edən "Barsa" növbəti mərhələyə yüksələn tərəf olub.
 
Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirib. Obameyanqın het-tirk etdiyi oyunda dortmundlular 4:0 hesablı darmadağına seviniblər. Qeyd edək ki, bir gün öncə  Münhenin "Bavariya" və Madridin "Real" klubu 1/4 finala vəsiqə qazanıb.
 
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
8 mart
 
“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62
İlk oyun: 0:4
 
 “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) - 4:0
Qol: Obameyanq, 4, 61, 85, Pulisiç, 59
İlk oyun: 0:1

Borussiya - Benfika

Google+ WhatsApp ok.ru