Çempionlar Liqasında daha iki yarımfinalçının adı bəlli oldu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu.
 
Trend-in məlumatına görə, keçirilmiş iki oyunla daha iki yarımfinalçının adı bəlli oldu.
 
Madridin "Atletiko" klubu öz meydanında "Barselona"nı qəbul etdi. Oyun "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə bitdi.
 
İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilirdi.
 
Digər oyun Portuqaliyada baş tutdu. Burada "Benfika" "Bavariya"nı qəbul edirdi. Oyun 2:2 hesablı heç-heçə ilə bitsədə, Münhen təmsilçisi ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəldi.
 
"Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) - 2:0
 
Qol: Qrizmann, 36 (1:0), 88-pen.
 
"Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 2:2
 
Qollar: Ximenes, 27 (1:0), Vidal, 38 (1:1), Müller, 52 (1:2), Taliska, 76 (2:2)
 

Google+ WhatsApp ok.ru