Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib - VİDEO 28 Sentyabr 2017 01:00 İdman Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qarabağ”la birlikdə qitənin 16 ən güclü komandası mübarizə aparıblar. Azərbaycan çempionu “Qarabağ” günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda “Roma” ilə qarşılaşıb. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olub. Görüş qonaqların üstünlüyü ilə başa çatıb - 2:1. Qrupun digər matçında əsas favoritlər “Çelsi” və “Atletiko” sonuncuların meydanında görüşüb. Londonlular qalib gəliblər. A qrupunda da liderlər üz-üzə gəlib. İlk turu qalib kimi başa vuran MOİK-lə “Mançester Yunayted” Rusiyada görüşüb. Şimal qonşularımız “Benfika” zəfərinin təsadüf olmadığını doğma publika önündə isbatlamağa çalışsa da, "şeytan"a təslim olublar - 1:4. Turun ən maraqlı görüşlərindən biri Parisdə baş tutub. Qitənin ən güclüləri sırasında yer alan PSJ və “Bavariya” aşkar favoritləri olduqları qrupun liderliyi üçün ilk dueldə üz-üzə gəlib. Oyun Fransa klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Çempionlar Liqası Qrup mərhələsi, II tur 27 sentyabr A qrupu MOİK (Rusiya) - “Mançester Yunayted” (İngiltərə) - 1:4 Qollar: Kuçaev, 90 - Lukaku, 4, 27, Marsial, 18 (pen.), Mxitaryan, 57 “Bazel” (İsveçrə) - “Benfika” (Portuqaliya) - 5:0 Qollar: Lanq, 2, Oberlin, 20, 69, Van Volfsfinkel, 59, Riveros, 72 1. Mançester Yunayted 2 2 0 0 7:1 6 2. Bazel 2 1 0 1 5:3 3 3. MOİK 2 1 0 1 3:5 3 4. Benfika 2 0 0 2 1:7 0 B qrupu “Anderlext” (Belçika) - “Seltik” (Şotlandiya) - 0:3 Qollar: Qriffits, 38, Kara, 50, Sinkleyr, 90+4 PSJ (Fransa) - “Bavariya” (Almaniya) - 3:0 Qollar: Dani Alves, 2, Kavani, 31, Neymar, 60 1. PSJ 2 2 0 0 8:0 6 2. Bavariya 2 1 0 1 3:3 3 3. Seltik 2 1 0 1 3:5 3 4. Anderlext 2 0 0 2 0:6 0 C qrupu “Qarabağ” (Azərbaycan) - “Roma” (İtaliya) - 1:2 Qollar: Pedro, 28 -Manolas, 7, Dzeko, 15 “Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə) - 1:2 Qollar: Qrizman, 40 (pen.) - Morata, 60, Batşuay, 90+4 1. Çelsi 2 2 0 0 8:1 6 2. Roma 2 1 1 0 2:1 4 3. Atletiko 2 0 1 1 1:2 1 4. Qarabağ 2 0 0 2 1:8 0 D qrupu “Yuventus” (İtaliya) - “Olimpiakos” (Yunanıstan) - 2:0 Qollar: İquayn, 69, Mancukiş 80 “Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya) - 0:1 Qol: Koates, 49 (öz qapısına) 1. Barselona 2 2 0 0 4:0 6 2. Sportinq 2 1 0 1 3:3 3 3. Yuventus 2 1 0 1 2:3 3 4. Olimpiakos 2 0 0 2 2:5 0 Teqlər : #Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında II turun son oyunları keçiriləcək Futbol üzrə Avropa Liqasında II turun oyunları keçirilib - VİDEO