Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib

Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib

Beşiktaşın futbolçusu Cenk Tosunun Portuya vurduğu top birinci olub

Futbol üzrə Çempionlar Liqasında ilk turun ən yaxşı qolları müəyyənləşib.
 
UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılmış sorğu nəticəsində Türkiyə "Beşiktaş"ının futbolçusu Cenk Tosunun Portuqaliyada "Portu"nun qapısından keçirdiyi top qalib olub.
 
Tosunun 28-ci dəqiqədə 25 metr məsafədən vurduğu qol 37 faiz səs toplayıb.
 
İkinci yeri 19 faiz səslə İngiltərənin "Çelsi" klubunun hücumçusu Pedro Rodriges tutub. O, "Qarabağ"la görüşün 5-ci dəqiqəsində cərimə meydançasının çölündən dəqiq zərbə ilə hesabı açıb.
 
Üçüncü yerə isə İspaniya "Barselona"sının hücumçusu Lionel Messinin İtaliya "Yuventus"una vurduğu qol layiq görülüb. Həmin qol 18 faiz səs toplayıb.
"Beşiktaş" "Portu"nu 3:1, "Çelsi" "Qarabağ"ı 6:0, "Barselona" isə "Yuventus"u 3:0 hesabı ilə yenib. /

Google+ WhatsApp ok.ru