Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib 16 Sentyabr 2017 01:00 İdman İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah bu ada layiq görülüb Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib. İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah bu ada layiq görülüb. 25 yaşlı misirli futbolçu həftənin ən yaxşı oyunçusu nominasiyasında Lionel Messi (“Barselona”), Neymar (PSJ), Kriştianu Ronaldu (“Real”), Harri Keyn (“Tottenhem”), Tayson (“Şaxtyor”), Romelu Lukaku (“Mançester Yunayted”) və Hames Rodrigesi (“Bavariya”) qabaqlayıb. Qeyd edək ki, M.Salah “Liverpul”un İspaniya təmsilçisi “Sevilya” ilə 2:2 hesabı ilə heç-heçə etdiyi görüşdə bir qol vurub. (report) / Teqlər : #Çempionlar Liqasının qrup mərhələsində I turun ən yaxşı oyunçusu müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verilib - VİDEO Olimpiya Stadionundan “Qarabağ”-“Roma” oyununa dair AÇIQLAMA: “İlk dəfə hibrid ot örtüyü salınıb”