Erdogan Vatikana gedir

Erdogan Vatikana gedir

-- Son 59 ildə ilk dəfədir Türkiyə lideri Vatikana səfər edir.

Türkiyə prezidenti Recep Tayyip Erdogan fevralın 5-də Papa Francis-lə görüşəcək. Son 59 ildə ilk dəfədir Türkiyə lideri Vatikana səfər edir.
 
Erdogan-ın idarəsinin bəyanatında deyilir ki, tərəflər Qüdsün statusunu, Türkiyə-Vatikan münasibətlərini, Suriyanı, qaçqın böhranını, terrorçuluğu, ksenofobiyanı və islamafobiyanı müzakirə edəcəklər.
 
İtaliya hakimiyyəti Erdogan-ın səfəri zamanı Romanın mərkəzində etirazlara qadağa qoyub. Səfərə görə şəhərə 3 min 500 polis çıxarılıb.
 
Francis ilə Erdogan sonuncu dəfə 2014-cü ildə papanın Türkiyəyə səfəri zamanı görüşüblər. Onlar dekabrın sonunda telefonla danışmışdılar.
 
Vatikanla Türkiyənin münasibətləri 2016-cı ilin iyunundan gərginləşib. Belə ki, Francis 1-ci dünya müharibəsi zamanı ermənilərin Osmanlı əsgərləri tərəfindən öldürülməsini “genosid” adlandırıb.
 
Ankara həmin qətllərin “soyqırımı” adlandırılmasına qarşı çıxır və papanı “yalan və böhtan” yaymaqda suçlayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru