Ermənilər Xankəndində özlərinə şərait qurublar (FOTO)

İşğalçı Ermənistanın əsarəti altında olan Xankəndindən yeni görüntülər var. Maide.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, işğalçılar Qarabağın bu bölgəsində özlərinə demək olar ki, hər cür şərait yaradıblar. İstirahət parkları, yollar, bank binaları, otel, brend mağazalar və sair istifadəyə verilib. Əhaliyə hər cür infrastruktur yaradılmasına baxmayaraq, ermənilərin bu ərazidə qalmaq istəmədiyi də gələn xəbərlər arasındadır. Qeyd olunur ki, iş yerlərinin olmaması erməniləri narahat edir və aldaq dillə Ermənistanın müxtəlif yerlərindən Qarabağa yaşamağa gətirilənlər, bir müddətdən sonra oranı tərk edirlər.

Deyilənlər fotolarda da öz əksini tapr. Belə ki, Xankəndindən çəkilmiş fotolarda yay fəsli olmasına baxmayaraq, küçələrdə çox az sayda adam göz dəyir. 

 

Google+ WhatsApp ok.ru