Ermənilər itki verdiyini etiraf etməyə başladı

Ötən gecə baş verən atışmada düşmən xeyli itki versə də, Qarabağdakı separatçı rejimin «Müdafiə Nazirliyi» hələlik bir nəfərin öldüyü barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, ötən gecə baş vermiş döyüşdə bir erməni hərbçisi həlak olub. Həlak olmuş hərbçinin adı açıqlanmasa da, onun 1989-cu il təvəllüdlü olduğu bildirilib. Bəzi erməni sosial şəbəkələrində yer alan məlumata görə, öldürülmüş erməni hərbçi Ermənistan Ordusunda müqavilə əsasında xidmət keçib. Erməni mətbuatı isə artıq ölən hərbçinin adını açıqlayıb. Ölən hərbçi 1989-cu il təvəllüdlü Zorik Gevorqyandır.

Google+ WhatsApp ok.ru