Ermənistanla sərhəddə “boşaldıldığı” deyilən Əlibəyli kəndində toy mərasimi keçirilib

Ermənistanla sərhəddə Tovuzun Əlibəyli kəndində toy mərasimi keçirilir. Musiqi səsləri Ermənistan tərəfindən atılan güllələrin səsini batırır. Bu gün Əlibəyli sakinlərinin şadyanalığının heç kim poza bilməz.
 
Ermənistanla cəmi 350 metrlik məsafədə yerləşən Əlibəyli kəndindən düşmən tərəfi asanlıqla izləmək mümkündür. Kəndinin əhalisi Ermənistanən təcavüzünə qarşı böyük qəhrəmanlıqlar göstərib. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməyib. Kənddə hansı evə baxsan, divarında, dam örtüyündə güllə yerləri görmək olar. Düşmən mütəmadi olaraq kəndi atəşə tutur. Sakinlər deyir ki, kəndin artezianı sərhəddə yaxın olduğu üçün burdan su götürmək mümkün deyil. Bu səbəbdən ağaclar quruyur, əkin sahələri isə yanır.
 
Bu kəndin uşaqları müharibənin, qan-qadanın nə olduğunu hekayələrdən, filmlərdən yox, həyatdan izləməli olublar. Güllə altında məktəbə gedib-gəlirlər. Elə özləri də deyir ki, ermənilər atəş açan zaman kolların arxasında gizlənir, ara sakitləşəndən sonra yollarına davam edirlər. 23 ildən çoxdur ki, bu kəndin səhəri güllə səsləri ilə açılır.

Google+ WhatsApp ok.ru