Erməni generalı: “Uğursuzluğa düçar olacağıq”

Ermənistanın Fövqəladə Hallar nazirinin müavini general-mayor Astvaçatur Petrosyan regiondakı situasiyanın hazırkı düşüncə tərzinə uyğun planlaşdırılmalı olduğunu bildirib: “Biz aqressiv qonşularla əhatə olunmuşuq. Ona görə də mütləq olaraq bu məsələlərə indiki düşüncə ilə yanaşmalıyıq və hazırda mövcud olan strategiyanı regionun inkişafına yönəltməliyik. Biz danışıqlar prosesinə xüsusi olaraq yanaşmalıyıq və danışıqları elə şəxslər aparmalıdır ki, onlar sabah hərəkətlərinin nəticələrini hiss edə bilsinlər. Silahlanma ilə heç bir şey əldə etməyəcəyik. Əgər Azərbaycan kimi biz də hazırda silahlanmadan istifadə etsək, o zaman iqtisadi imkanlarımıza görə uğursuzluq qaçılmaz olacaq”.

Google+ WhatsApp ok.ru