Ermənilər Ağdam və Goranboy istiqamətində atəşkəsi pozub

Cəbhə xəttində atəşkəs yenidən pozulub.
 
Maide.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şurabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri ərazisindəki mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
 
Düşmən cavab atəşi ilə susdurulub.

Google+ WhatsApp ok.ru