Ermənistanda bu dəfə də sahibkarlar etiraz aksiyası keçirdilər

Ermənistanda Hökümət evinin qarşısında etiraz aksiyası keçirilib. Müxtəlif satış yarmarkalarından gələn 500-dən çox sahibkar yeni vergi inzibatçılıq sisteminə qarşı etiraz edib. 
 
Maide.az-ın "armeniantoday"a istinadən verdiyi məlumata görə, sahibkarlar bildiriblər ki, onlar 1 oktyabrdan hesab-fakturalar üzrə işləməli olacaqlar. Amma sahibkarlar aşağı rüsumlu yığımlar təyin edilməsini tələb edirlər. Etirazçılar deyirlər ki, hökumət kiçik və orta biznesin inkişafı üçün heç nə etmir. Sahibkarlar qeyd edirlər ki, hər zaman hesab-fakturalarla işləmək mümkün olmur. 
 
Etirazçılar həmçinin tələb edirlər ki, onları yeni nəzarət-kassa aparatları quraşdırmağa məcbur etməsinlər. Onlar iddia edirlər ki, köhnə aparatlar işləyir və yenilərinə ehtiyac yoxdur. 
 
Ermənistan baş naziri Ovik Abramyan isə etirazçılar qarşısına çıxıb və onların nümayəndələrini qəbul edəcəyini vəd edib. Baş nazir jurnalistlərin iştirakı ilə bütün problemləri müzakirə edəcəkləri sözünü verib.

Google+ WhatsApp ok.ru