Erməni portalından şok (FOTO)

Tanınmış KİV özləri də bilmədən Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu göstəriblər

Ermənistanın populyar analitika portalı “Lragir” bu gün yerləşdirdiyi bir şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 

ANS PRESS-in mələumatına görə, tanınmış erməni analitik İqor Muradyanın “Türkiyə siyasəti və ərəb dövlətlərinin maraqları” məqaləsinə yerləşdirilmiş şəkil əlavəsində Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi göstərilib. Bundan əvvəl isə həm “Lragir”, həm də digər erməni portalları Azərbaycan ərazisini işğal edilmiş ərazilər olmadan göstərirdilər. 

Cəmiyyətdə ciddi analizləri ilə seçilən “Lragir”in bütün erməni KİV-lərinin əksinə gedərək xəritədə Azərbayjanı bütöv göstərməsi artıq erməni cəmiyyətində yeni bir dalğanın başlamasından xəbər verir. Bu gələcəyini Azərbaycanla dinj yanaşı, mehriban qonşuluq şəraitində yaşamaq çərçivəsində görmək istəyənlərin yer aldığı bir dalğadır və bu dalğanın getdikcə güclənəcəyi ehtimal edilir. 


 

Google+ WhatsApp ok.ru