Erməni hərbçi intihar etdi

Ermənistan ordusunda hərbçilərdən biri intihar edib.
 
Maide.az xəbər verir ki, Ermənistan ordusunun 25 yaşlı hərbi qulluqçusu İrəvanda Kiyevyan körpüsündə özünü aşağı ataraq intihar edib.
 
Adı hələ açıqlanmayan hərbçinin bir neçə gün əvvəl hərbi hissədən qaçdığı bildirilir. Onun qaçmasına səbəb digər əsgərlər tərəfindən döyülməsidir.
 
Körpüdən düşən hərbçinin sifəti tamamilə dağılıb. Onun kim olduğunun aydınlaşdırılması üçün cəsəd hərbi ekspertizaya göndərilib.
 
Faktla bağlı cinayət işi açılıb.

Google+ WhatsApp ok.ru