Ermənilər helikopter pilotlarının cəsədlərini kəlbəcərlilərlə dəyişməkdən imtina edir

Ermənistan tərəfi vurulmuş helikopterin pilotlarının cəsədlərini “Kəlbəcər diversiyaçıları” ilə dəyişmək niyyətində deyil, bu barədə bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
 
Onun sözlərinə görə, “diversiyaçılar” cinayətkardırlar və qanun çərçivəsində cəza çəkməlidirlər.
 
Ohanyan həmçinin qeyd edib ki, hazırda Yerevan vurulmuş Mi-24 helikopteri ətrafında böhranın diplomatik həlli istiqamətində fəal işləyir.
 
“Əlbəttə, bu variant işləməsə, bizim başqa vasitələrimiz də var”, deyə o bildirib.

Google+ WhatsApp ok.ru