Ermənistanda uşaq bağçasında zəhərlənən uşaqların sayı 58-ə çatıb

Ermənistanda uşaq bağçasında zəhərlənən uşaqların sayı 58-ə çatıb.
 
Maide.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Səhiyyə Nazirliyinin baş infeksionisti Ara Asoyan deyib.
 
O bildirib ki, ağır vəziyyətdə olan 16 uşaq İrəvandakı infeksion xəstəxanaya çatdırılıb. Digərləri isə Eqvard şəhər xəstəxanasında qalıblar.
 
Zəhərlənmənin səbəblərinə gəlincə isə A. Asoyan uşaqların nədən zəhərləndiyinin hələlik müəyyən edilmədiyini deyib.
 
Qeyd edək ki, kütləvi zəhərlənmə baş verən uşaq bağçası fəaliyyətini dayandırıb.

Google+ WhatsApp ok.ru