Ermənistanda bir ailənin altı üzvünü öldürən hərbçi qətli “təsadüfən” törətdiyini bildirib

Ermənistanın Gümrü şəhərində bir ailənin altı üzvünü öldürən rus hərbçisi Valeri Permyakov qətli “təsadüfən” törətdiyini bildirib.
 
Maide.az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, Rusiyanın Ermənistandakı bazasının hərbi qulluqçusu V.Permyakov Avetisyanlar ailəsinin üzvlərini öldürdüyünü etiraf edib. Onun dediyinə görə, hərbi hissədən xidmət etmək istəmədiyi üçün qaçıb. Su içmək üçün şəxsi evlərdən birinin həyətinə girib. Həyətdə su axtardığı vaxt bir qadın onu səsləyib. Qadının komandanlığa məlumat verəcəyindən qorxaraq onu güllə ilə vurub. Sonra evə girərək ailənin qalan üzvlərini öldürüb. Növbə iki yaşlı qıza çatanda, avtomatı kilidləndiyindən onu süngü ilə vurub. Evdəkilərdən yalnız 6 aylıq körpə sağ qalıb. Uşaq döş qəfəsi nahiyəsindəki deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib.
 
İstintaq Komitəsindən verilən məlumata görə, hərbçi Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən tutulub. Yayılan məlumatlara görə, V.Permyakov Ermənistan tərəfinə verilməyəcək. İstintaqı iki ölkənin hüquq mühafizə orqanlarının “sıx qarşılıqlı əlaqədə” aparacağı bildirilir.

Google+ WhatsApp ok.ru