Ermənistanda Permyakov əleyhinə imzatoplama kampaniyası başladı

Ermənistanda rus əsgəri Yevgeni Permyakovun bu ölkənin hüquq mühafizə orqanları tərəfindən mühakimə olunması üçün imztoplama kampaniyası başlanıb. "Change.org" tərəfindən başlanan kampaniyada iştirak edənlər, Rusiyadan Gümrüdə 7 nəfərlik ailəni məhv edən Permyakovun Ermənistan məhkəməsində cəzalandırılmasını tələb edirlər. Ermənistan prezidenti, baş prokuror və müdafiə nazirinə müraciət olunan kampaniyada 6800 nəfər iştirak edib.

Google+ WhatsApp ok.ru