Erməni əsir-diversant Azərbaycan vətəndaşı olmaq istəyir

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov ötən il təmas xəttini keçərkən Azərbaycan hərbçiləri tərəfindən əsir götürülən Ermənistan Silahlı Qüvvələrinin təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Arsen Baqdasaryanla görüşüblər.
 
Maide.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlama verən E. Behbudov bildirib ki, Arsen Baqdasaryan görüş zamanı Azərbaycan vətəndaşı olmaq istədiyini söyləyib: “Arsen Baqdasaryanın saxlanma şəraitindən, ona qarşı münasibətdən qətiyyən şikayəti yoxdur. Arsen Baqdasaryan Azərbaycanda vətəndaşı olmaq istəyir…
 
O, həmçinin Ermənistanda vəziyyətin yaxşı olmadığını dedi. Arsen bildirdi ki, Ermənistandakı hərbi hissələrdə əsgərlərə vaxtı keçmiş, köhnə ərazaqlar verilir”.
 
Qeyd edək ki, ötən il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
 
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Google+ WhatsApp ok.ru