Ermənilər kütləvi surətdə Ermənistanı tərk edir

Maide.az-ın məlumatına görə, tanınımış jurnalist Mirzə Xəzər ermənilər kütləvi surətdə Ermənistanı tərk etməsi barədə demoqrafik statistikanı araşdırıb.
 
Araşdırmanın nəticələrinə görə, 1990-cı ildə Ermənistanda 3 514 000 (3 milyon 514 min) adam yaşayırdı. 22 il sonra 2012-ci ildə əhalinin sayı 3 274 000 (2 milyon 274 min) nəfərə düşüb. Deməli 22 ildə əhalinin sayı 240 min azalıb. 2015-ci ilin əhali sayına dair iki rəqəm vardır: 3 010 000 (3 milyon 10 min) və 2 989 000 (2 milyon 989 min). Deməli 1990-cı ildən indiyədək, 25 ildə Ermənistan əhalisinin sayında bir hesaba görə 504 000, digər hesaba görə 616 000 azalma olub. Hal-hazırda ölkədə 2 975 314 (2 milyon 975 in 314) nəfər yaşayır. 2015-ci il ərzində 12 585 doğum, 8 285 ölən olub. Cari ilin dörd ayı ərzindı ölkəni tərk edənlərin sayı 3 682 nəfərə bərabərdir. Ölənlər, doğulanlar və mühacirət edənlərin sayı nəzərə alınsa, bu il Ermənistanda əhali ARTIMI 617 nəfər olub. Mühacirət məsələsinə gəldikdə, müxtəlif mənbələrdəki məlumatlardan belə nəticə hasil olur, mühacirlərin əksəriyyətini işsizlik üzündən Rusiyaya işləməyə gedənlər təşkil edir. Uzaq xaricə daimi yaşamağa gedənlər azlıq təşkil edir.

Google+ WhatsApp ok.ru