Ermənistan yenə dilənir

Ermənistan dəniz arzusu onları rahat buraxmır.
 
Bu məqsədlə ermənilərin irəli sürdüyü 556 kilometrlik “Şimal-Qərb” magistralı layihəsi Gürcüstan ərazisi ilə Qara dənizə yol açsa da, kasıb ermənilərə kömək edən tapılmır. Belə ki, ermənilərdən başqa heç kimin maraqlanmadığı 1 milyardlıq layihəyə vəsait əldə etmək çətin məsələyə çevrilib.
 
Hələ ki, yalnız Asiya İnkişaf bankından kredit qopara bilən ermənilər indi də Avropa investisiya bankı və Avrasiya inkişaf bankından pul dilənməyə başlayıb. Adı çəkilən banklar isə layihəyə ən yaxşı halda 200 milyon pul ayıra bilər. 
 
Belə görünür ki, nə Gürcüstan nə də İran layihənin reallaşmasında maraqlı tərəflər deyil. Belə olduğu təqdirdə onlarda magistral tikilməsi və yol boyu infrastrukturun bərpası üçün pul istəyər və ya vəsait ayırardılar.
 
Qeyd edək ki, ermənilərin təbirincə yol- qərb sərhəddi İranın Şimali Avropa ilə birləşdirmə funksiyası oynayır ki, alternativ daha ucuz yolları olan İran buna yalnız xala-xətir üçün siyasi dəstək verə bilər.
 
Bu isə ona işarədir ki, dəniz arzusu ilə yaşayan ermənilər hələ uzun müddət ona həsrət qalacaqlar.

Google+ WhatsApp ok.ru