Ermənilər torpaqlarımızı yenə yandırır - VİDEO

Cəbhə boyu Ermənistan tərəfinin təxribatı atəşkəslə yekunlaşmır. Havaların istiləşməsilə qarşı tərəf yenidən cəbhə boyu ərazilərdə yanğınlar törətməyə başlayıb.
 
Maide.az ANS TV-yə istinadən xəbər verir ki, səhər saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri işğal atındakı ərazilərdə yanğın törədib. Hazırda yanğın Tərtərin işğal altındakı Seyid Sulan kəndi ərizisindədir.
 
Alov nəticəsində yaranan tüstünü Tərtər rayonu ilə yanaşı qonşu Bərdə və Ağdam rayonlarının ərazisinən də müşahidə etmək mümkündür. Sakinlərdən əldə etdiyimiz məlumata görə, minalanmış ərazidə çoxsaylı partlayış səsləri eşidilib.
 
“Səhər saatlarında ermənilər Tərtərin işğal altındakı Seyid Sulan kəndini yandırdılar. Yanğın zamanı ərazidə 20-30 ədədə yaxın mina partladı. Hazırda yanğın Qapanlı ərazisindən Ağdərəyə doğru istiqamət alıb”, – deyə kənd sakini Alim Hüseynov bildirib.
 
FHN-nin Tərtər yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını hadisə yerinə cəlb edilib. Yerli bələdiyyədən əldə etdiyimiz məlumata görə, yanğının əkin sahələrinə keçməsinin qarşısını almaq üçün sahələrin kənarı şumlanıb.
 
Bələdiyyə sədri Rizvan Əzimov deyib ki, ərazidə ot örtüyünün sıxlığına görə, ermənilər od vurub yandırıblar.
 
Bələdiyyə sədri onu da bildirdi ki, bu son 3 ildə cəbhənin Tərtər istiqamətindəki işğal altında olan ərazilərdə baş verən ən irimiqyaslı yanğındır. 
 
Yanğın cəbhə xətti boyunca 9 km ərzini əhatə edir.

Google+ WhatsApp ok.ru