Ermənistanın Rusiyadakı səfiri təcili İrəvana qayıtdı

Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan İrəvana qayıdıb.
 
Bu barədə “Joxovurd” qəzeti xəbər verib.
 
Məlumatda qeyd olunur ki, səfir ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin binası önündə qurumun bir qrup əməkdaşlarına göstərişlər verib.
 
Qəzet Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayandan səfirin Ermənistana qayıtmasının son zamanlar ölkədə davam edən aksiyalarla bağlı olub-olmaması ilə maraqlanıb. Sorğuya cavab olaraq Balayan bəyan edib ki, Esayan Ermənistan – Rusiya dövlətlərarası komissiyanın iclasında iştirak etmək üçün İrəvana qayıdıb.
 
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.

Google+ WhatsApp ok.ru