Ermənilər Ağdamın işğal olunan ərazilərində yenidən yanğın törədiblər

Ağdamın işğal olunmuş Baş Qərvənd kəndinin ərazisində bu gün də ermənilər tərəfindən yanğın törədilməsi müşahidə olunub.
 
Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində bu gün güclü yanğın törədilib. Yandırılan ərazilərdə hətta irigövdəli ağacların da alova büründüyü aydın görünür.
 
Havanın küləkli olması isə yanğının miqyasının getdikcə artmasına səbəb olur.
 
Xatırladaq ki, avqustun 11-dən etibarən ermənilər Ağdamın işğal altındakı Baş Qərvənd kəndinin ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar.(apa)

Google+ WhatsApp ok.ru