Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz kəşfiyyat cıhazı vuruldu

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.
Maide.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin havahücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib. /

Google+ WhatsApp ok.ru