Ermənistan mətbuatı: Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də görüşəcəklər 24 Noyabr 2015 02:00 Qarabağ xəbərləri “Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də Parisdə görüşəcəklər”. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar. Noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan prezidentlərinin də bu toplantı çərçivəsində görüşmələri gözlənilir. Teqlər : #Ermənistan mətbuatı: Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1də görüşəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 89 dəfə pozub Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni