Ermənistanda donuz qripindən ölənlərin sayı artır - 13 nəfərə çatdı

Ermənistanda donuz qripindən (H1N1) ölənlərin sayı 13-ə çatıb.
 
Maide.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 13-də xəstəxanaya ağır vəziyyətdə daha 2 nəfər çatdırılıb.
 
Həkimlərin səylərinə baxmayaraq, xəstələr bu gün vəfat edib. Bununla belə, Ermənistan Səhiyyə nazirliyinin bildirdiyinə görə, ölkədə epidemiya müşahidə olunmur və vəziyyət nəzarət altındadır. /
 

Google+ WhatsApp ok.ru