Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri istefa verəcək

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan yaxın vaxtlarda istefa verəcək. Bu barədə yerli “168 jam” qəzeti xəbər yayıb.
 
Bildirilir ki, nümayəndə heyətinin yeni rəhbəri parlamentdə hakim partiyanı təmsil edən deputat Samvel Farmanyan olacaq. Bu yerdəyişmə AŞPA-nın 25-29 yanvar tarixlərində baş tutacaq qış sessiyasından sonra baş verəcək.
 
“Naqdalyanın istefası ötən ilin noyabrından yetişib. Həmin vaxt AŞPA komitələrində Ermənistan əleyhinə “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində gərginliyin artması” və “Azərbaycanın sərhədyanı rayonlarında əhalinin qəsdən içməli sudan məhrum edilməsi” adlı qətnamə layihələri dəstəkləndi. Elə həmin vaxt Naqdalyan istefaya getməyə hazır olduğunu bildirib”, - deyə məqalədə qeyd edilib.

Google+ WhatsApp ok.ru