Ermənilər Ağdamın kəndini atəşə tutub, üç ev dağılıb

Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub.
 
APA-nın Qarabağ bürosunun əməkdaşının verdiyi xəbərə görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.
 
Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər isə dağılıb.
 
Hadisə nəticəsində ölən və yaralananın olması barədə hələlik məlumat yoxdur.   /

Google+ WhatsApp ok.ru