Ermənistan aprelin 2-dən 5-dək döyüşlərdə ölən hərbçilərini yeni itkilər kimi təqdim edir 08 Aprel 2016 01:00 Hərb Ermənistan hakimiyyəti aprelin 2-dən 5-dək gedən döyüşlərdə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir. Erməni hərbi rəhbərliyi atəşkəs barədə razılıq əldə olunandan sonra hər gün cəbhədə hərbçi itirdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, əslində, açıqlanan son itkilər aprelin 2-5-də baş verən döyüşlərdə ölənlərdir. Sadəcə, Ermənistan rəhbərliyi yerli ictimaiyyətin etirazından çəkinərək, qızğın döyüşlərdə verdiyi çoxsaylı itkiləri hissə-hissə açıqlamağa başlayıb. Erməni tərəfinin digər məqsədi isə atəşkəs əldə olunmasına baxmayaraq, Azərbaycan tərəfinin razılaşmaya əməl etmədiyini, atəşkəsin pozulması nəticəsində erməni hərbçilərinin öldürülyünü göstərməklə, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməkdir. Teqlər : #Ermənistan aprelin 2dən 5dək döyüşlərdə ölən hərbçilərini yeni itkilər kimi təqdim edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qoşunların təmas xəttində atəşkəs rejimi bərpa olunub Heç bir pilotsuz texnikamız vurulmayıb - Müdafiə Nazirliyi
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'