Ermənistanda əsgərlər 2 hərbçini güllələyərək öldürdülər

Ermənistan ordusunda əsgərlərin silahla nizamsız davranışı 2 hərbçinin ölümünə səbəb olub.
 
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ibtidai istintaqın araşdırmasına əsasən, aprelin 21-də hərbi hissələrdən birinin əsgəri Bareyan silahla davranış qaydalarını pozub. Nəticədə digər əsgər Spartak Kalaşyan baş nahiyəsindən ölümcül güllə yarası alıb.
 
Elə həmin gün daha bir bənzər hadisə isə hərbi hissələrin birində “Uaz Markalı” avtomobildə baş verib. Belə ki, əsgər P.Yeqoryan silahla davranış qaydalarını pozaraq, avtomat silahdan atəş açıb və nəticədə avtomobildə sükan arxasında olan Karen Aqabekyan döş qəfəsinin sağ hissəsindən ölümcül güllə yarası alıb. Ehtiyatsızlıq edən Yeqoryan dərhal həbs edilib.
 
Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb./
 

Google+ WhatsApp ok.ru