Ermənilərin atdığı mərmi elektrik yarımstansiyasına düşdü, 11 kənd işıqsız qalıb

Ötən gecə erməni silahlı birləşmələri Ağdam rayonunun da təmas xəttində yerləşən ərazilərini atəşə tutub.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
 
İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Təzəkənd kəndinə mərmi düşüb. Mərmi boş sahəyə düşdüyündən ciddi dağıntı və tələfat olmayıb.
 
R.Məmmədov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin tutarlı cavabı nəticəsində düşmən susmaq məcburiyyətində qalıb. Hazırda rayon ərazisində sabitlikdir.
 

Google+ WhatsApp ok.ru