Ermənistan mediası Sarkisyana MEYDAN OXUDU: Narazılıq...

Ermənistan mediası Sarkisyana MEYDAN OXUDU: Narazılıq...

“Artıq üç gündür ki, Ermənistanda fövqəladə vəziyyət hökm sürür. Bütün ictimaiyyət gərgindir. İrəvanda Xorenasi küçəsində polis patrul alayının tutulması ətrafında hadisələrin inkişafı müşahidə olunur. Görünür, bu hadisələr ölkənin həyatına əhəmiyyətli təsir edəcək”.
 
 
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
 
Qəzet qeyd edib ki, bütün bu hadisələrə baxmayaraq, ölkə rəhbərliyi susur: “Nə prezident Serj Sarkisyan, nə parlamentin sədri Qalust Saakyan, nə də baş nazir Ovik Abramyan səslərini çıxarmır. Bizim Prezident Administrasiyasından münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı. Yalnız deputat Nikola Paşinyanın vəziyyətin parlamentdə müzakirə ilə bağlı təklifinə reaksiya gəldi. Parlamentin mətbuat xidmətinin rəhbəri Arsen Babayan bildirdi ki, məsələnin parlamentdə müzakirəyə çıxarılması cinayət işinə müdaxilə deməkdir. O, məsələnin parlamentdə müzakirəsinə ehtiyac olmadığını qeyd etdi”.
 
 
“Joxovurd” əlavə edib ki, Ermənistan hakimiyyəti cəmiyyətdə hökm sürən narazılığı cinayət-hüquq müstəvisində təqdim etməyə çalışır. Biz yalnız onu təsdiq edə bilərik ki, qəfildən yaxalanmış və çıxılmaz vəziyyətdə olan Ermənistan hakimiyyəti vəziyyəti öz sükutu ilə daha da kəskinləşdirir. Belə görünür ki, Ermənistanın hökmlü elitası məsuliyyətin dərəcəsini anlamır”.
 

Google+ WhatsApp ok.ru