Erməni general: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi...”

Erməni general: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi...”

 
Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə naziri”, general Levon Mnatsakanyan erməni silahlı birləşmələrinin aprel döyüşlərinə qədər zəruri kəşfiyyat vasitələrinə malik olmadığını deyib.
 
Levon Mnatsakanyan bu səbəbdən Azərbaycan ordusunun hazırlıqlarının miqyasından xəbər tuta bilmək imkanında olmadıqlarını etiraf edib.
 
“Aprel döyüşlərinə qədər müvafiq texniki vasitələr olmadığından bizim dərinliklərdə kəşfiyyat aparmaq və rəqibin planlaşdırdığı hərbi əməliyyatın miqyasını aşkara çıxarmaq imkanımız yox idi. İndi isə erməni ordusunun ön xəttdəki bölmələri müvafiq texniki vasitələrlə təchiz olunub. Bunlar zəruri dərinliklərdə kəşfiyyat aparmağa imkan verir”-general iddia edib.
 
Xatırladaq ki, aprel döyüşlərindəki məğlubiyyətlərə görə prezident Serj Sərkisyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırıb. 4 general və bir neçə polkovnik, o cümlədən Baş qərargahın kəşfiyyat idarəsinin rəisi Komitas Muradyan işdən qovulub.
 
Aprel döyüşlərindən sonra Ermənistan ordusunun hansı yeni kəşfiyyat vasitələri ilə təchiz olunduğu haqda məlumat yoxdur. Lakin istisna deyil ki, söhbət yeni pilotsuz uçan aparatlardan gedə bilər. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, təmas xəttindəki mövqelər gecəgörmə cihazları və videomüşahidə sistemləri ilə təchiz olunub. (virtualaz.org) /

Google+ WhatsApp ok.ru