Ermənilər cəbhə bölgəsində çobanları atəşə tutub

Ermənilər cəbhə bölgəsində çobanları atəşə tutub

Erməni silahlı birləşmələri cəbhədə təxribat törətməkdə davam edir.
 
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ermənilər son günlər Goranboyun Tapqaraqoyunlu kəndini mütəmadi atəşə tutur.
 
Atəşə məruz qalanlar isə əsasən mülki obyektlərdir. Belə ki, işğalçıların mal-qara otaran çobanları atəşə tutması nəticəsində kənd sakini Behbud Aslanova məxsus 1 baş iribuynuzlu heyvan tələf olub. /

Google+ WhatsApp ok.ru