Erməni hərbi təyyarəsi Rusiya sərnişin təyyarəsi son anda toqquşmayıb

Erməni hərbi təyyarəsi Rusiya sərnişin təyyarəsi son anda toqquşmayıb

Hadisə dünən gecə Moskvada Vnukova aeroportunun hava sahəsində baş verib. Məlum olub ki, iki təyyarə havada, yerdən 2000 metr hündürlükdə təhlükəli vəziyyətdə yaxınlaşıb.
 
Təyyarələr arasında məsafə cəmi 300 metr olub, - deyə aeroportdan olan mənbə bildirib. Təyyarələrdən biri Moskvadan Samaraya uçan Boeing tipli sərnişin təyyarəsi, digəri isə Ermənistan HHQ-nə məxsus İL-76 olub.
 
Qəzadan son anda qurtulmaq mümkün olub. Belə ki, hərbi təyyarə aşağı səviyyyə enib, kəsişmə uğurla keçilib. (faktxeber) /

Google+ WhatsApp ok.ru