Ermənistan Rusiya vətəndaşlarından xarici pasport tələb etməyəcək

Ermənistan Rusiya vətəndaşlarından xarici pasport tələb etməyəcək

Rusiyalılar Ermənistana daxili pasportla gedə bilərlər, Moskvada Ermənistan baş naziri Karen Karapetyanla danışıqların yekunlarına əsasən Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.
 
Medvedevin sözlərinə görə, razılaşma iki ölkə arasında humanitar əməkdaşlığı daha da möhkəmləndiməlidir.
 
Rusiya ilə Ermənistan arasında gediş-gəliş üçün viza tələb olunmur, lakin rusiyalılara Ermənistana daxil olmaq üçün xarici pasport tələb olunurdu.
 
Daha əvvəl Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan etmişdi ki, Rusiya vətəndaşlarına artıq bu ilin yayından Ermənistana daxili pasportlarla səfər etməyə icazə veriləcək.
 
Koçaryan bu qərarı Rusiya turistlərini Ermənistana cəlb etmək məqsədilə izah etmişdi.
 
2015-ci ildə Ermənistana səfər edən 1,2 milyon xarici turistlərin 500 mini Rusiyadan olub, İnterfaks agentliyi bildirir.
 
Levada Mərkəzinin sorğusuna görə, rusiyalıların cəmi 28 faizinin xarici pasportu vardır. Onlar əsasən 25-40 yaş arasında ali savadlı vətəndaşlardır.
 
Hazırda Rusiya vətəndaşları daxili pasportla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistana və tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarına gedə bilərlər.(bbc)

Google+ WhatsApp ok.ru