Ermənilər Rusiyada mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar

Ermənilər Rusiyada mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır.
 
Kursk erməni gənclər Assosiyasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıb.
 
Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan edib.
 
Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, azərbaycanlı gənclər məsələdən xəbərdardırlar və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi, eləcə də digər qurumlara müraciət hazırlayaraq ciddi etirazlarını bildirəcəklər: “Rusiyada hər kəs mübaliğəsiz bilir ki, Şuşa Azərbaycanın şəhəridir və tarixən də azərbaycanlıların olub. İndi belə bir real faktın açıq aksiya formasında təhrif olunması, xüsusilə də həmin bölgədə münaqişənin, şəhərin ermənilər tərəfindən işğalının davam etdiyi zamanda baş verməsi ciddi təxribata hesablanıb. Əminik ki, Rusiya yetkililəri buna imkan verməyəcək”.
 
Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub. /
 

Google+ WhatsApp ok.ru