Ermənilər Qarabağ müharibəsi zamanı 3 aylıq körpəni, 104 yaşlı qocanı girov götürüblər 19 Oktyabr 2017 01:00 Qarabağ xəbərləri "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının 745 nəfəri mülki şəxs olub". Bunu "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" movzusunda keçirilən konfransda deyib. Ümumilikdə 3868 nəfərin münaqişə zamanı itkin düşdüyünü deyən E.Orucova onlardan 3123 nəfərinin hərbçi, 62-sinin uşaq, 262 nəfərinin qadın, 302 nəfərinin isə qoca olduğunu bildirib: "Sübutlara, hətta azad edilən ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu günə kimi qarşı tərəfdə saxlanılır. Əsirlərin 591 nəfəri hərbçi, 282-si mülki şəxs, 29 nəfəri uşaq, 99-u qadın, 112 nəfəri qocalardır. 553 nəfər əsir və girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onların 448 nəfəri kişi, 14-ü qadındır". O bildirib ki, bu vaxta kimi 1437 nəfər əsir və girovluqdan azad edilib ki, onlardan 351 nəfəri hərbçi, 1086-sı mülki şəxsdir. E.Orucovanın sözlərinə görə, azad edilənlərin 210-u uşaq, 342-si qadındır: "Ermənilər "Müharibə Zamanı Mülki Əhalinin Müdafiəsinə Dair" lV Konvensiyanın maddələrini kobudcasına pozaraq, 3 aylıq körpəni, 104 yaşlı qocanı belə girov götürüb, bu günə kimi qaytarmayıblar. Dözülməz şəraitdə saxlandıqdan sonra əsir və girovluqdan azad edilən 1437 nəfər şəxs bu gün mənəvi və psixoloji gərginlik içində yaşayır. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini itirib". Teqlər : #Ermənilər Qarabağ müharibəsi zamanı 3 aylıq körpəni,#104 yaşlı qocanı girov götürüblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Şahbaz Quliyevi Yerevandan Şuşaya aparıb 18 yaşlı şəhid əsgərimiz Saatlıda dəfn ediləcək
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni