Ermənistan: Paşinyan etiraz aksiyalarına son qoymağa çağırıb

Ermənistan: Paşinyan etiraz aksiyalarına son qoymağa çağırıb

-- Seçkilərin ikinci turu mayın 8-nə təyin olunub.

Etiraz hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını bu gündən etiraz aksiyalarına son qoyub işə və dərslərə qayıtmağa çağırıb. "Hazırda meydanda həll ediləsi heç bir problem yoxdur", - Paşinyan çərşənbə günü yüz minlərlə mitinq iştirakçılsı qarşısında deyib.
 
Onun sözlərinə görə, "total itaətsizlik aksiyaları" keçirilən gün ərzində baş verən hadisələr "fasilə götürüb dincəlmək" üçün imkan verir.
 
Bu gün parlamentdə çoxluq təşkil edən Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyasının sabiq prezident, sabiq baş nazir, partiyanın sədri Serj Sarkisyanın iştirakı ilə keçirilən müzakirələrdən sonra fraksiyanın rəhbəri Vahram Bağdasaryan bəyan edib ki, baş nazir seçkilərinin ikinci turunda onun fraksiyası dörd parlament fraksiyasının üçünün təklif etdiyi namizədi dəstəkləyəcək.
 
Seçkilərin ikinci turu mayın 8-nə təyin olunub.
 
"Mayın 8-də Ermənistanın baş naziri olacaq. ERP bu vəzifəyə namizəd təklif etməyəcək və parlament tərkibinin üçdə biri [Konstitusiyaya əsasən] tərəfindən irəli sürülən namizədi dəstəkləyəcək", - deyə Vahram Bağdasaryan yolların və aeroportun blokadasına son qoymağa çağırıb.
 
Bağdasaryan namizəd adı deməyib, lakin məlumdur ki, parlamentdə təmsil olunan "Yelk", "Daşnaksutyun" və "Tsarukyan bloku" fraksiyaları Nikol Paşinyanın namizədliyini yenidən irəli sürəcəklərini bəyan ediblər.
 
Paşinyan bu gün Milli Məclisdə namizədliyinin irəli sürülməsi ilə bağlı məsələlərlə məşğul olmaq istədiyini deyib.
 
Eyni zamanda Nikol Paşinyan tərəfdarlarını xəbərdar edib ki, sayıqlığı itirmək lazım deyil və onun Facebook səhifəsini izləsinlər; lazım gələrsə, "siyasi inkişaflardan" asılı olaraq, yenidən vətəndaş itaətsizlik aksiyaları başlana bilər.
 
Mayın 1-də keçirilmiş baş nazir seçkilərinin 1-ci turunda Nikol Paşinyan qələbə üçün yetərli 53 səs ala bilməyib. Onun lehinə 45, əleyhinə 56 (hamısı ERP fraksiyasından) səs veriblər.
 
Bundan sonra ölkədə əvvəlki etiraz aksiyaları ilə müqayisədə dünən daha geniş etiraz hərəkatı başlayıb. Bir çox təşkilatlar tətil elan edib, əsas yollar bağıanıb.(bbc)
 

Google+ WhatsApp ok.ru