Ermənistan 2019-cu il üçün hərbi büdcəni 15 faiz artırıb

Ermənistan 2019-cu il üçün hərbi büdcəni 15 faiz artırıb

 "Yaxın beş ildə Ermənistan hökuməti ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına əlavə olaraq 2,5 mlrd. dollar ayırmaq niyyətindədir", - baş nazir vəzifəsini icra edən Nikol Paşinyan parlament seçkilərindən sonra hökumətin ilk iclasında bildirib.
 
O, hökuməin strateji məqsədləri sırasında investisiyaların təşviqini, hərbi-sənaye kompleksinin inkişafını, ordunun döyüş qabiliyyətinin artırılmasını və s. göstərib, "Azadlıq" radiosu məlumat verib.
 
Mənbənin məlumatına görə, Ermənistanın yeni hökuməti 2019-cu il üçün hərbi büdcəni artıraraq 530 mln. dollara çatdırıb. 2018-ci ildə bu göstərici 468 mln. dollar olub.
 
Sonra N.Paşinyan bildirib ki, 5 il ərzində Silahlı Qüvvələrin inkişafına 2,5 mrld. qoyulmalıdır. Eyni zamanda o etiraf edib ki, həmin vəsaiti tapmaq lazımdır. "Biz həmin vəsaitin axtarılması üzrə ciddi iş aparmalıyıq, bunun bir hissəsi hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir", - o deyib./contact.az /

Google+ WhatsApp ok.ru