Ermənilər torpaqlarımıza od vurublar 25 May 2019 12:46 Qarabağ xəbərləri Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun işğal altında olan torpaqlarına od vurması nəticəsində ərazidə böyük yanğın baş verib. Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovun tez bir zamanda böyüməsinə səbəb olub. Yerli sakinlər bildiriblər ki, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Qaziyan və Qapanlı kəndləri ərazisinə keçib. Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır. Vəziyyətlə yerində tanış olmaq üçün “Aqrolizinq” əməkdaşları cəbhə bölgəsində olublar. Bildirilib ki, məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün texnika və kombaynlar ilk olaraq cəbhə bölgəsinə təhkim olunacaq. Kənd sakinlərinin sözlərinə görə, yanğınlardan sonra cəbhə kəndlərində vəhşi heyvanların sayı xeyli çoxalıb.//oxu.az Teqlər : #Ermənilər,#torpaqlarımıza,#vurublar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb Ermənilərdən Azərbaycan məscidinə müdaxilə
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni