Ermənilər Qazaxı snayper atəşinə tutdu 30 Avqust 2019 10:23 Qarabağ xəbərləri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. “Qafqazinfo” xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzinin yaydığı məlumata əsasən, 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. Teqlər : #Ermənilər,#Qazaxı,#snayper,#atəşinə,#tutdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vətən eşqi ilə döyünən ürək 'Məni unutma'
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni