Ermənilərin atdığı atəş nəticəsində bir ailənin 5 üzvü həyatını itirib - Rəsmi

Ermənilərin atdığı atəş nəticəsində bir ailənin 5 üzvü həyatını itirib - Rəsmi

Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

 
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir:
 
"Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həyatını itirib.
 
Allah rəhmət eləsin!

Google+ WhatsApp ok.ru