Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 5 yaralı var - YENİLƏNİB/FOTO

Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 5 yaralı var - YENİLƏNİB/FOTO

Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.

Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.
 
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.
 
3 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Hadisə nəticəsində Tərtər rayon sakinləri Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979), Qənzənfərli Rafael Qəzənfər oğlu (1986) ağır xəsarət alıb.
 
Rayon sakinləri Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989) və Zamanov Şakir Xasay oğlu (1988) hadisə yerində şəhid olublar.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru