Ermənilər Ağcabədidə yaşayış məntəqəsini atəşə tutub, 1 mülki şəxs yaralanıb

Ermənilər Ağcabədidə yaşayış məntəqəsini atəşə tutub, 1 mülki şəxs yaralanıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
 
Baş Prokurorluqdan verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
 
 

Google+ WhatsApp ok.ru