Ermənistan SQ-nin açdığı artilleriya atəşi Daşkəsəndə meşə yanğınına səbəb olub

Ermənistan SQ-nin açdığı artilleriya atəşi Daşkəsəndə meşə yanğınına səbəb olub

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozub və Azərbaycanın Daşkəsən rayonuna hücum edib”. Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter hesabında yazıb.

 
O qeyd edib ki, nəticədə meşə yanğını baş verib.
 
Hacıyevin sözlərinə görə, yanğının söndürülməsi və Ermənistanın törətdiyi ekoloji terror aktının vurduğu ziyanın minimuma endirilməsi məqsədilə rayonda FHN qüvvələri işləyir.