Erməni silahlı bölmələri Ağdamda çobanları atəşə tutub 21 Fevral 2017 02:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub. Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar. / Teqlər : #Erməni silahlı bölmələri Ağdamda çobanları atəşə tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 31 dəfə pozub Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verib - VİDEO
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni