Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçib

Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçib

Ermənilər Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğın neytral ərazini keçərək cəbhəyanı  kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.
 
Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Google+ WhatsApp ok.ru